Maraqlı case: AIR JORDAN niyə ən məşhur idman ayaqqabılarından biridir?

"Air Jordan"ların (Nike) kökündə basketbol və hip-hop mədəniyyəti dayanır. Hal-hazırda isə bu modellər yüksək qiymətlərlə satılır. Bu fenomenin sirri nədədir?

İdman ayaqqabısı fenomeni

İdman ayaqqabıları fenomeni 1984-cü ildən başlayır. Gənc Maykl Cordan Çikaqo Bulzun tərkibində debüt edir. Məhz həmin dövrdə markalar ulduzlardan aktiv istifadə etməyə başlamışdılar. Nike da bu fürsəti dəyərləndirib, Cordan ilə müqavilə bağlayır. Şərtlər belə olur: qonorar, Cordan soyadı yazılmış ayaqqabı modelləri, turnirlərdə ayaqqabıların geyilməsi. Hər şey sadə idi, lakin problem meydana çıxdı.

İlk "Air Jordan"lar

İlk "Air Jordan"lar üç rəngdə idilər: ağ, qara, qırmızı. NBA qaydalarına görə isə oyunçular komandanın formasına uyğun ayaqqageyinməyə məcbur idilər. Buna görə də yeni seriyaya növbəti model də əlavə edildi - "The Bred" - ağ-qara modelin altlığı da ağ idi. "The Bred" seriyasını istehsalata verdilər. İstehsal edilmiş məhsullar mağazalara yığılmağa başlayanda NBA qaydalarda dəyişiklik edir: ayaqqabının 49%-i komandanın rənginə, 51%-i isə ağ olmalı idi.

alt

Qaydalara qarşı

Ortaya belə bir mənzərə çıxır: Maykl bu idman ayaqqabıları ilə turnirlərdə iştirak edə bilməz, istehsal isə çoxdan başlayıb. Nike çaş-baş qalır, lakin Cordan yükü öz boynuna götürür və qaydalara qarşı çıxaraq turnirə The bred-i geyinir. Hər oyuna görə 5000 dollar cərimələnən oyunçu NBA qaydaları dəyişənə qədər bu ayaqqabıları geyinməyə davam edir. Nike bu cərimələri ödəyir, krossovkaların isə bazar dəyəri hər gün daha da artır.

Risk və qələbə

Cordanın fövqəladə bacarığı və cəmiyyətin ayaqqabıya görə cərimələnmənin dügün olmadığını düşünməsi tezliklə bu ayaqqabıların dopinqli olması haqda əfsanələr yaranmağa başladı. Bütün mağazalardan krossovkalar satışa çıxan kimi alınmağa başlandı. Sonralar Cordanın verdiyi geniş müsahibədə o bu haqda maraqla danışır və Air Jordanın bazar dəyəri yenidən yüksəldi. Nəticədə Nike bu günə qədər də bu seriyanı istehsal edir və tələbat hələ də azalmaq bilmir.