Event

Celentano Tribute Show

01.-

Event

Celentano Tribute Show

Bakıda ilk dəfə sevgililər gününə özəl olaraq italiyan layihəsi Celentano Tribute Show Artmood Agentliyi və Sunar Medianın təşkilatçılığı ilə baş tutub. Bütün dünyada trend olan "Celentano Tribute Show” 2018-cu il, fevralın 13-də Heydər Əliyev Sarayında nümayiş etdirildi.

Konsert proqramı əfsanəvi dünya ulduzu Adriano Celentanonun 80 illik yubileyi şərəfinə keçirildi. Tamaşaçılar konsert zamanı çox əyləncəli zaman keçirdilər. Bunu onların reaksiyasından hiss edirdik!

02.-

Canlı

Hər şey əyləncəli idi.

Əfsanəvi Adriano Celentanonun ən sevimli xitləri və performansları Maurizio Schweizerin ifasında Azərbaycan tamaşaçısına təqdim olunacaq. Maurizio Schveizer mükəmməl aktyor və müğənni Adriano Çelentanonun "rəsmi əkiz”idir. Bu şou sevimli italyan sənətkarın ən yaxşı mahnılarını eşitmək üçün əla şans oldu. Celentano Tribute Show öz rəngarəngliyi ilə də insanı heyran qoyur. Bütün çıxışlar detallarına qədər düşünülür. Xüsusi diqqət isə səhnə qəhrəmanının - Maurizio Schveizerin səhnə obrazına yetirilir.

03.-

Nəticə

Yaddaqalan hadisə

İstedadı və böyük əməyi sayəsində Maurizio öz tanınmış əkizinin obrazının bütün detallarını - səsini və hərəkətlərini inanılmaz bacarıqla təkrarlaya bilir. Celentano Tribute Show bir çox dünya ölkələrində konsert proqramı ilə çıxış edərək, tamaşaçıları valeh edir. Buna misal olaraq, Moskvanın Crocus City Hall konsert zalında keçililən unudulmaz şouları qeyd etmək olar. Bundan başqa, şou ABŞ teatrlarında da böyük uğurla nümayiş etdirilir. Fransa, Ukrayna, İspaniya, Latviya, Türkiyə, Qazaxıstan, Almaniya, Mold Moldova və sair ölkələrdə də uğur qazanan şou indi Azərbaycanda geniş tamaşaçı kütləsinə ilk dəfə təqdim olundu.