Agentlik
Hər şey sadə ideyalardan başlayır.
Missiyamız
Marketinqdə ideya gözəldir. Yaxşı ideya daha gözəldir. Satışı stimullaşdıran ideya isə hər şeydən daha gözəldir. Biz müştərilərlə şəffaf, qarşılıqlı inam və ideya paylaşımı vasitəsilə reklam kampaniyalarını maksimum faydalı və əyləncəli edirik.
Məqsədlərimiz
Məqsədimiz reklam və incəsənəti birləşdirərək, yaradıcı, yaddaqalan və rəngarəng kampaniyalarla markaları alıcılar üçün daha əyləncəli və faydalı etməkdir.
Fəlsəfəmiz
Biz inanırıq ki, düzgün strategiya, yaxşı ideya və aydın məqsədlər ilə hər kəsə faydalı olmaq mümkündür. Sadə, lakin güclü ideya hər kəsin həyatını dəyişə bilər.
Xidmətlərimiz
Reklam və marketinq
Kreativ
Biz sizin markanızla yaxından tanış olur, onun fərqini və üstünlüklərini öyrənirik. Yalnız bundan sonra markanıza uyğun olan tam orijinal kontent hazırlanır. Sizə yaradıcı ideyalar və strateji həllər təqdim etməyimizin əsas sirri məhz budur.
Kontent marketinqi
Brendinq və dizayn
Videoçarxların çəkilməsi
Reklam mətnlərinin yazılması (ssenarilər, şüarlar və s.)
Fotoçəkiliş
Yaradıcı reklam kampaniyaları
Rəqəmsal
Müasir dövrdə markanın rəqəmsal simasının nə qədər əhəmiyyətli olduğunu biz yaxşı dərk edirik. İşlədiyimiz markaları rəqəmsal platformalarda ən yaxşı formada təmsil etmək üçün hər gün yeni metodları sınaqdan keçiririk.
Sosial media marketinqi
Google reklamları
SEO
Veb layihələndirmə
Mobil əlavələr (app)
Digər xidmətlər
Biz reklam, Pr və marketinq sahəsində 360` xidmətlər təklif edirik. Bu müştərilərimizlə həyata keçirdiyimiz kampaniyalarda bütövlük yaradır və ümumi konseptin daha yaxşı idarə olunmasına kömək edir.
Radio və televiziya reklamları
PR (İctimaiyyətlə əlaqələr)
Daxili və çöl reklamları
Çap və poliqrafiya
Reklam məhsullarının istehsalı
Sərgi və tədbirlər
Mədəniyyət
Fərqli
qütblər birləşir
Reklam kampaniyaları yaradıcı, ilhamlandırıcı və faydalı olduqda müştərilərdə daha xoş hisslər yaradır, potensial müştəriləri cəlb edir. Biz bütün kampaniyalarda iki fərqli qütbü - reklamı və incəsənəti birləşdirib, ilhamlandıran işlər görməyə çalışırıq.
BİZİM DOST MÜŞTƏRİLƏRİMİZ
Sizin ilə işləməkdən məmnunuq.







